Azərbaycan Vətəndaşları üçün Vizasız ölkələr !

in #steemix2 years ago (edited)

Salam , Dostlar . Bu günkü digər bir yazım mənim ən çox sevdiyim mövzu səyahət , vizalar haqqındadır . Bu postumda Azərbaycan vətəndaşlarının vizasız olaraq gedə biləcəyi və özümün də çox-çox getmək istədiyim vizasız olan ölkələr haqqında olacaq . Getdik .

Deməli , ilk öncə , onu qeyd edim ki , 2019'cu il etibarilə Azərbaycan vətəndaşlarının vizasız olaraq gedəcəyi 66 ölkə var . Yəni , Azərbaycan Passportuna sahib vətəndaşa 66 ölkəyə sərbət olaraq giriş-çıxış icazəsi var . Azərbaycan öz passpostunun gücünə görə dünyada 75'ci yerdədir . Maraq üçün onu da qeyd edim ki, ilk sırada Yaponiya (190 ölkə ) , ikinci sırada isə Cənubi Koreya Respublikası (189 ölkə ) yer alır . Azərbaycan vətəndaşlarının vizasız olaraq gedə biləcəyi ölkələrin siyahısı aşağıdakı kimidir :

Screenshot_100.png

Bu ölkələr arasında İndoneziya , Şri Lanka , Kambocca , Laos , Ekvador , Boliviya , Kolumbiya , Nepal , Albaniya , Makedoniya , Moldova , Serbiya , Qazaxıstan , Madaqaskar kimi ölkələri xüsusilə vurğulamaq istəyirəm , hansı ki , səyahət baxımından çox gözəl ölkələrdir ...

Photo Link : >>>