Dünya Elmi və biz Türklər !!!

in #steemix2 years ago

Dünya elmi bir saniyə belə olsun , dayanmadan inkişaf edir və yeni-yeni kəşflər edirlir . Bu yeni-yeni kəşflərin arxasında hansı ölkələr , kimlər durur bəs?

Dünya elminin hazırkı inkişafında , insanların Marsa , Aya getməyə bu qədər həvəsli olmasında əsas yeri elmin inkişafı tutur , çünki bizi insanlıq olaraq bu nöqtəyə gətirən məhz elmdir . İnkişaf etmiş ölkələr daim yatırımlar edərək elmin inkişafına təkan verməyə çalışırlar .

Mendeliyev'in cədvəlində olan kimyəvi elementlərin cədvəlinə baxanda dünya elminə töhvə vermiş ölkələrin , xalqların hazırda layiq olduqları həyatı yaşadıqlarını qeyd edə bilərəm ... Cədvəl aşağıdakıdır .

Cədvəldən gördüyümüz kimi burada olan ölkələrin , o elementləri kəşf edən ölkələrin , demək olar , hamısının inkişaf etmiş ölkələr olduğunu qeyd edə bilərəm . Elementləri kəşf edən xalqlara gəldikdə isə yenə də tarixdə iz qoymuş xalqları görürük - İngilis , Alman , Rus , Skandinav , İtaliyan , Fransız , İspan , Amerikan və.s bu kimi xalqlar .

Məni ən çox məyus edən isə Tarixi Yazan Xalqın - Türk'lərin bir ölkəsinin belə bayrağının burada olmamasıdır . Yaponiya 2015'ci ildə xeyli çabadan sonra bayrağını oraya yerləşdirməyi bacardı . Niyə də biz Türklərdən də belə insanlar çıxmır , yoxsa yoxdurlarmı ?! Təbii ki , varlar ... İnanıram ki , bir gün biz Türklərdən də hansısa bir ölkəmizin bayrağı orada olacaq .

Beynəlxalq Kosmos Stansiyasında əməyi olan ölkələrin bayraqlarına baxdıqda da bu ölkələrin əksəriyyətini görə bilərik ...

Photo Link 1 : >>>
Photo Link 2 : >>>

Sort:  

✅ Enjoy the vote! For more amazing content, please follow @themadcurator for a chance to receive more free votes!